Ərdoğan sabah Albaniyaya gedir

image-recep_erdogan_030621backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Albaniyaya səfər edəcək.

Busaat.az  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qardaş ölkə Prezidenti 2019-cu ildə Albaniyada zəlzələ zamanı evlərini itirən ailələr üçün Türkiyə tərəfindən Laç şəhərində tikilən evlərin təqdim edilməsi mərasimində də iştirak edəcək.

Tiranada isə yenidən qurulmuş Ethem Bəy məscidinin açılışı olacaq. Türkiyə Prezidenti Albaniya parlamentində də çıxış edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90