Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Busaat.az xəbər verir ki, Apurva Kempinskidəki görüş mətbuata qapalı keçirilib.
Məlumata görə, Fransa prezidenti Makron İstiqlal küçəsində törədilən terror aktında həyatını itirənlərə görə prezident Ərdoğana başsağlığı verib.
Türkiyə-Fransa münasibətlərinin və regional məsələlərin müzakirə edildiyi görüşdə prezident Ərdoğan iki ölkə arasında ticarətlə yanaşı, müdafiə və enerji sektorlarında əməkdaşlığın inkişaf etdirilməsinin ümumi maraqlara uyğun olduğunu bildirib.
Gərgin səylərindən sonra taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını xatırladan prezident Ərdoğan sazişin davamı üçün Avropa İttifaqının da üzərinə düşəni etməli olduğunu bildirib.
Prezident Ərdoğan həmçinin Yunanıstanın dürüst, səmimi və mənalı dialoqa təşviq edilməsinin vacibliyini vurğulayıb.