“Məqsəd ilk növbədə Azərbaycana təzyiq göstərmək, Ermənistana dəstək verməkdir”.
Bunu Busaat.az ın Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini barədə qərarını şərh edərkən deyib.
“Avropa İttifaqı Şurası 10 milyon avro dəyərində dəstəyə razılıq verməklə nəyi dəyişəcək?” deyən Z.Məmmədov bildirib ki, bu, əlbəttə ki, ilk növbədə siyasi mahiyyət daşıyır. Onun sözlərinə görə, əgər İrəvan hökuməti Ukrayna və Gürcüstanda baş verənlərdən dərs çıxarmayıbsa, o zaman buyursun, Avropa İttifaqının şirnikləndirici təklifinə “hə” desin:
“Hərçənd, Ermənistan artıq cavabını verib və razılığını bildirib. Ukraynadakı müharibə göstərdi ki, Qərb kimlərin arxasında nə qədər və hansı məqsədlərlə dayanacaq. Əvvəlcə erməni hökuməti bu suala cavab tapmalıdır. Bu siyasət ona gətirib çıxarır ki, regionda geosiyasi mübarizə daha da kəskinləşir. Ukraynadan sonra Cənubi Qafqazda da vəziyyət ciddi şəkildə gərgin ola bilər. Yaxşı, bunun nəticəsi kimin üçün ağır olacaq? Əlbəttə ki, bölgə xaqları üçün ağır olacaq”.
Zaur Məmmədov: Əgər İrəvan hökuməti Ukrayna və Gürcüstanda baş verənlərdən dərs çıxarmayıbsa, o zaman…
Müsahibimiz vurğulayıb ki, Paşinyan kimi siyasətbazların apardığı siyasət müxtəlif coğrafiyalarda olduğu kimi Cənubi Qafqaz bölgəsində də xalqların əziyyət çəkməsi ilə nəticələnə bilər:
“Azərbaycan buna imkan verməyəcək və Ermənistanla bağlı tədbirlərini vaxtında görəcək. Yaxşı olar ki, Qərb ölkələri getsinlər, öz işləri ilə məşğul olsunlar. 30 il ərzində bölgədəki proseslərə müdaxilə olunmurdu. Daha doğrusu, işğalçı dövlətin ordusunun bölgədən çıxarılması üçün tədbirlər görülmürdü. Hətta Fransa prezidenti Emmanuel Makron Londonda iddia etdi ki, guya Azərbaycan Ordusu 44 günlük müharibədə Ermənistan ərazisində hansısa əməliyyatlar aparıb və s. Yəni hələ də cəfəng iddialar səsləndirirlər. Onların iç üçü budur. O baxımdan qətiyyən imkan vermək olmaz ki, Makron kimi siyasilər və onların təmsil etdikləri dövlətlər Cənubi Qafqazda at oynatsınlar. Ermənistan odla oynayır”.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır.
Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərinin getdikcə daha vacib elementidir:
“Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlığına daha da töhfə verəcək. Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirmək, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var”.
Azərbaycan XİN buna etirazını bildirib. Qeyd olunub ki, Aİ-nin bu yanaşması olduqca təhlükəli addımdır və bölgədə sülhə xidmət etmir.