“İxracın bərpası buğda və digər malların qiymətlərinin aşağı düşməsinə əhəmiyyətli dərəcədə kömək edib”.
Busaat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Düjarrik açıqlama verib.
Açıqlamada bildirilib ki, Ukraynadan taxıl ixracı razılaşması ərzaq qiymətlərinin aşağı salınmasına gətirib çıxarıb və bu da 100 milyona yaxın insanın ifrat yoxsulluğa düşməsinin qarşısını alıb.
“İxracın bərpası buğda və digər əmtəələrin qiymətlərinin aşağı düşməsində əhəmiyyətli dərəcədə kömək edib. FAO-nun Ərzaq İndeksi ardıcıl 7 aydır ki, aşağı düşüb. Dünya Bankı modelinə əsaslanan hesablamalarımıza görə, əsas ərzaq məhsullarının qiymətlərinin azalması dolayı yolla 100 milyona yaxın insanın ifrat yoxsulluğa düşməsinin qarşısını alıb” -deyə, Stefan Düjarrik bildirib.