Finlandiya və İsveç baş nazirləri eyni vaxtda NATO-ya daxil olmaq öhdəliyində sadiqdirlər

image-nato-1backend

Finlandiya və İsveç baş nazirləri cümə axşamı Stokholmda keçirilən birgə mətbuat konfransında bildiriblər ki, Türkiyənin İsveçin NATO-ya qoşulmaq təklifinə etiraz etməsinə baxmayaraq, eyni zamanda NATO-ya qoşulmağa sadiq qalırlar.

Busaat.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Türkiyə daha əvvəl Finlandiyanın NATO-ya üzv olmaq istəyini İsveçdən əvvəl təsdiq edə biləcəyini bildirmişdi, lakin Finlandiyanın prezidenti və xarici işlər naziri iki şimal ölkəsinin təhlükəsizliyinin bir-birindən asılı olduğunu əsas gətirərək bu ideyanı rədd etmişdilər.

“İsveç də NATO-ya üzv olmaq üçün lazım olan bütün bəndləri yerinə yetirir”, – Finlandiya Prezidenti Sanna Marin deyib.

İsveçin baş naziri Ulf Kristersson öz növbəsində bildirib ki, ölkəsi ötən il İsveç, Finlandiya və Türkiyə arasında imzalanmış üçtərəfli NATO-ya üzvlük sazişinə əməl etməyə davam edir.

Kristersson İsveç və Finlandiyanın Şimali Atlantika alyansına qoşulmaq səylərinə toxunaraq, “Biz bu səyahətə birlikdə çıxmışıq və birlikdə üzvlüyə doğru irəliləyirik”, – deyə qeyd edib.

Finlandiya və İsveç Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Hazırda İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi – Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı İsveçi “şok edəcək” qərar verə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90