“Grammy” təxirə salındı

image-grammy-week-2021-gettyimages-911475958backend

Yanvarın 31-də Los-Ancelesdə baş tutması gözlənilən “Grammy” musiqi mükafatının təqdimetmə mərasimi koronavirusun “omicron” ştamının yayılması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Busaat.az  xəbər verir ki, bu barədə Milli İncəsənət və Səsyazma Texnologiyaları Akademiyasının saytında dərc olunmuş press-relizdə deyilir.

Tədbirin yeni keçirilmə tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, gözlənilən mükafatlandırılma mərasimində musiqiçilər 85 nominasiyada yarışacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki