Hindistanda dünyanın ilk qızıl satan bankomatı fəaliyyətə başlayıb

image-ohwh94edi2szzf7b-637405237802793532backend

Kredit və ya debet plastik kartlarından pulla qızıl sikkələr almağa imkan verən bankomat Hindistanın Heydərabad şəhərində (Telenqana ştatı) müştərilərə xidmət göstərməyə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı The Economic Times qəzeti yayıb.

Qəzetin məlumatına görə, bu, təkcə Hindistanda deyil, həm də dünyada ilk belə bankomatdır.

Bankomat Hindistan şirkəti Goldsikka Pvt Ltd tərəfindən istehsal edilib. Bankomat 5 kq 24 karatlıq qızıl sikkələri saxlayır və onları 0,5 qramdan 100 qrama qədər səkkiz variantda almaq imkanı verir. Bankomatın mühüm xüsusiyyəti ondan ibarətdir ki, onun ekranında qızılın qiyməti London birjasında qiymətli metalın kotirovkalarında dəyişikliklərə uyğun olaraq real vaxt rejimində yenilənir.

Bankomat oğurluğa qarşı sistemə malikdir. Quraşdırılmış videokamera, səs siqnalizasiyası və polislə əlaqə xətti var.

Goldsikka nümayəndələrinin sözlərinə görə, qurğu hər kəsə banklara və ya zərgərlik mağazalarına getməyə ehtiyac olmadan, maliyyə itkilərindən qaçaraq qızıla investisiya etmək üçün əlverişli imkan yaradır.

Fəaliyyətə başladığı ilk gündə innovativ bankomat artıq 20 müştəriyə xidmət göstərib.

Goldsikka Hindistanda 3000 belə bankomat quraşdırmağı və öz məhsulları ilə dünya bazarına çıxmağı planlaşdırır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki