İyun ayında Afinada Burcu Denizerlə ailə quran aktyor Kaan Urgancıoğlu ata olur.
Busaat.az türk mediasına istinadən bildirir ki, bu barədə cütlük sosial media hesabında paylaşım edib. Qarnının fotosunu yayımlanan Burcu Denizer izləyicilərinə uşaq gözlədikləri müjdəsini verib.

Qeyd edək ki, kanal D ekranlarında yayımlanan “Hökm” serialının baş rol ifaçısı Kaan Urgancıoğlu ötən ilin iyununda dostunun toyuna gedərkən Afinada sevgilisi Burcu Denizerlə ailə qurub.
