Hollivud ulduzları azərbaycanlı rejissorun filmini qalib seçdi – Fotolar

image-mycollages_-_2022-02-02t172008-597backend

Azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” adlı bədii filmi ABŞ-da 2021-ci ilin yekunlarına əsasən macəra janrında olan qısametrajlı filmlər arasında “Media Awards of the Year” nominasiyasında qalib gəlib.

Busaat.az xəbər verir ki, bu, Atlantik-siti şəhərində (ABŞ, Nyu-Cersi ştatı) keçirilən “Action Martial Arts Mega Weekend” qala-gecəsində açıqlanıb.

Ən yaxşı ekran işləri kino sənayesində yenilik meyarları və beynəlxalq festivallarda qazanılmış mükafatlara əsasən seçilib. Münsiflər heyətində Hollivud ulduzları – Sintiya Rotrok, Saşa Mitçell, Don Uilson, Maykl Cey Uayt, Samuel Kvok, Robert Qoldman və digərləri yer alıblar.

Qeyd edək ki, “Let me run” filmi 2019-cu ildə E. Bayramovun rəhbərlik etdiyi “Old Stone Pictures” prodakşn tərəfindən çəkilib. Ekran işinin rejissoru və ssenari müəllifi E. Bayramovun özüdür. O, 2017-ci ildə Nyu-Yorkda yaşayır və fəaliyyət göstərir. Filmdə baş rolda Tural Manafov çəkilib. Daha əvvəl “Let me run” ABŞ və Kanadada 14 müxtəlif kinofestivalda müxtəlif nominasiyalarda qalib gəlib.

 





  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki