Türkiyəli müğənni, aktrisa Hülya Avşarın ölkədə yaşanan iqtisadi böhranla bağlı açıqlaması müzakirəyə səbəb olub.
Busaat.az “Hürriyet”ə istinadən xəbər verir ki, onun iqtisadi böhran dövründə “Lazım gəlsə, smit yeyərik və bu çətin günləri adladarıq” sözləri tənqid olunub.
Ünvanına yazılanlardan təngə gələn Avşar daha sonra yeni bir açıqlama verib:
“Sakitləşdinizsə, sıra məndədir. O qədər danışdığımın içindən hamılıqla birlikdə bu günləri adladacağıq hissəsini deyil, “Smit”dən yapışanlar, heç biriniz vecimə deyilsiniz və sizi saymıram.
Mənim smit yemə məsələmə gəlincə, yeyərəm ya da yemərəm, amma bildiyim bir şey var, özüm qazandım, heç də asan olmadı. Hələ də qazanıram. Bunun hesabını kiməsə vermədim, sizə heç verməyəcəyəm. Demək, sizin kimi düşünənlər başçımız olsa, nə demokratiya qalar, nə də söz azadlığı… Dediyim budur ki, lazım gəlsə, smit yeyəcəyik, amma bu günləri bərabər adladacağıq”.
