İngiltərənin yeni Baş naziri Rişi Sunak kimdir? – DOSYE

image-sunak-arvadibackend

Xəbər verdiyimiz kimi, Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyası daxilində başlayan liderlik yarışında qalib gələn Hindistan əsilli Rişi Sunak ölkənin yeni baş naziri seçilib.

Busaat.az xəbər verir ki, bu sayədə Sunak İngiltərədə etnik azlıqdan olan ilk baş nazir olub.

Bəs Böyük Britaniyanın yeni Baş naziri kimdir?

Rişi Sunak 1980-ci ildə Sauthemptonda anadan olub, 1960-cı illərdə Şərqi Afrikadan İngiltərəyə köçmüş hindli bir ailənin üç uşağının ən böyüyüdür.

Anası Uşa Sunak Afrikanın şərqində Keniyada, atası Yaşvir Sunak isə Tanzaniyada anadan olub.

İngiltərənin ən qədim və eksklüziv özəl məktəblərindən biri olan Vinçester Kollecində təhsil alan Sunak Hindistan əsilli ilk məktəb nümayəndəsi olub və məktəb qəzetinin redaktoru vəzifəsində çalışıb.

Sunak daha sonra Oksford Universitetinin Linkoln Kollecində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb.

Rişi Sunak ABŞ-ın Stenford Universitetində MBA (Master of Business Administration) təhsilini başa vurub və orada gələcək həyat yoldaşı, hindistanlı milyarder Narayana Murtinin qızı Akşata Murti ilə tanış olub. Sunak orada təhsil aldıqdan sonra Goldman Sachs investisiya bankında analitik kimi fəaliyyətə başlayıb.

Siyasi həyatına ilk dəfə 2015-ci ildə Yorkşir bölgəsindəki Riçmonddan Mühafizəkarlar Partiyasının millət vəkili seçilərək başlayan Sunak İngiltərənin Avropa Birliyindən çıxmasını dəstəkləyən aparıcı siyasətçilərdən biri olub.

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meyin hökuməti dövründə nazir müavini olmuş Sunak, Mey vəzifəsindən getdikdən sonra hakim Mühafizəkarlar Partiyasının liderliyi üçün Boris Consonu dəstəklədiyini açıqlayıb.

Sunak 2019-cu ilin iyulundan 2020-ci ilin fevralına qədər partiya lideri və eyni zamanda 2019-cu ildə ölkənin baş naziri olmuş Conson hökuməti dövründə Xəzinənin Baş Müşaviri vəzifəsində çalışıb.

Bu vəzifədən sonra, Covid-19 epidemiyasının ölkəyə yayılmasından təxminən bir ay əvvəl, 13 fevral 2020-ci ildə Maliyyə Naziri vəzifəsinə təyin olunan Sunak, 18 aylıq karantin müddəti dövründə müəssisələri ayaqda saxlamaq üçün milyardlarla funt sterlinq dəyərində dəstək paketlərini sürətlə həyata keçirib. Sunak bu kimi fəaliyyətləri sayəsində xalqın sevgisini qazanıb.

Ancaq Covid-19 tədbirlərini pozaraq, Baş Nazirlikdə keçirilən şənliklərə qatıldığı üçün polis tərəfindən cərimələnən Sunak, milyarder həyat yoldaşının vergi ödəmədiyi barədə yayılan xəbərlərin ardından ciddi nüfuz itkisi ilə qarşılaşıb və vəzifəsindən istefa verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki