İspaniya amfibiya hücum gəmisini Türkiyəyə göndərir

image-15104899909057566563backend

İspaniya Kahramanmaraşın Pazarcık rayonunda baş verən şiddətli zəlzələdən sonra Türkiyəyə dəstək üçün  hərəkətə keçib.

Busaat.az İspaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İspaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Juan Carlos I” amfibiya hücum gəmisinin 500 dənizçi ilə Türkiyəyə doğru yola düşdüyünü açıqlayıb.

“Dünəndən etibarən 500 dənizçini daşıyan “Juan Carlos I” və yardım ləvazimatları daşıyan “Qalisiya” gəmiləri insanları xilas etmək üçün zəlzələdən zərər çəkmiş bölgə olan Türkiyəyə yola düşüb”, – deyə məlumatda bildirilib.

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares isə deyib: “Zəlzələdə yaralananlara yardım etmək üçün Türkiyəyə səhra xəstəxanası və sağlamlıq mütəxəssislərinin göndəriləcək. Milli səhiyyə sisteminin mütəxəssisləri fəlakət nöqtələrində kömək edəcək”.

Jose Manuel Albares bildirib ki, İspaniya Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq edəcək və “Suriyadakı QHT-lərlə fövqəladə razılaşmaları da aktivləşdirəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90