İspaniya hökumətinin yeni qanunu etiraza səbəb oldu

image-mehkeme-1backend

İspaniyada cinsi qısnama hallarında qadınları daha çox qorumaq üçün oktyabr ayında hökumətin qəbul etdiyi qanun bəzi texniki çatışmazlıqlar səbəbindən bu cinayətə görə məhkum olunmuş 74 məhbusun azadlığa buraxılmasına, 721 məhkumun isə cəzalarının yüngülləşdirilməsinə səbəb olub.

Busaat.az xəbər verir ki, ictimaiyyət tərəfindən “yalnız bəli bəlidir” şüarı ilə tanınan, şifahi və açıq razılıq olmadan cinsi əlaqəni zorlama kimi qiymətləndirən qanun dəyişikliyi bu cinayətdə təqsirli bilinən məhbusların azadlığa buraxılmasına və ya cəza müddətinin azaldılmasına səbəb olub.

İspaniya Ədliyyə Baş Şurasından verilən açıqlamada indiyədək 74 məhbusun qanundakı çatışmazlıqlar səbəbilə azadlığa buraxıldığı, 721 məhbusun isə cəzalarının yüngülləşdirildiyi bildirilib.

Mütəxəssislər qanunda təcavüz və cinsi zorakılıq arasında fərq qoyulmadığını, cinayətin geniş miqyasda işlənməsini, Konstitusiyanın şəxsi hüquqların lehinə olan sanksiya müddəaları ilə bağlı maddəsi ilə ziddiyyət təşkil etdiyini vurğulayırlar.

Koalisiya hökumətinin əsas tərəfdaşı olan Sosialist İşçi Partiyası (PSOE) 2 ay əvvəl boşluğu doldurmağa başlasa da, partnyoru, ultra solçu Unidas Podemosu dəyişikliklərin zəruriliyinə inandıra bilmir.

Müxalifətin sağçı partiyaları hökuməti tənqid edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90