“İsrail-Fələstin müharibəsinin Azərbaycan üçün təsir etmə potensialı mövcuddur, lakin təsirin dərəcəsi müharibənin ölçüsündən, müharibənin irəliləyişindən və digər bir neçə faktordan asılıdır. Məhz, müharibənin yaranmış atmosferi regionda daha geniş müharibə ehtimalını artıra bilər”.
Bu fikri Busaat.az-a özəl açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.
Ə. Əlibəyli bildirib ki, Azərbaycan cəmiyyətinin mövzu baxımından paralandığını sadə müşahidə ilə görmək mümkündür. Böyük əksəriyyət İsraili müdafiə etsə də, az bir qism din qardaşlığı baxımından fələstinlilərə dair pozitiv düşüncələr daşıyır. Amma bu məsələdə risk amili doğuran radikal şiələr mövcuddur. HƏMAS, Hizbullah, Həşdi – Şabi kimi terror təşkilatlarının qidalandığı SEAPAH və digər İran təşkilatlarının olması Azərbaycandakı tərəfdarlarını da “işığa çıxmağa” həvəsləndirir. Bu mənada baş verən münaqişəyə İran gözüylə baxan sözügedən şəxslər cihad və digər radikal dini addımlara çox meyillidirlər. Onlardan müəyyən dövrdə İran XXO istifadə edib, bu baxımdan ehtiyatlı olmaqda fayda var.