İstifadəçilərini qocaldan “CavanNar” tarifi – “Nar”dan ŞİKAYƏTbackend

Azərbaycanda mobil operatorlardan şikayətlər səngimir. Bir müddət öncə “Nar”dan şikayətlər saytımız tərəfindən işıqlandırıldıqdan sonra bu problemin həll olunacağını ümid etsək də, heçnə dəyişilməyib.
İctimai.az informasiya portalına daxil olan və xüsusən istifadəçilərin narazı olduğu “CavanNar” tarifindən bəzi şikayətləri təqdim edirik:
“Mən bir müddət öncə 9 manat ödəyərək “CavanNar” paketinə keçdim. İlk öncə başdan hər şey qaydasında olduğunu görünsə də, 3-4 gün sonra internet paketin bitdiyini görəndə gözümə inanmadım. Mən sadə istifadəçiyəm və 3-4 günə 10 GB interneti necə bitirə bilərəm? Sonra daha bir neçə tanışım eyni problemlə qarşılaşdığını eşitdim. Müraciət etdikdə isə internet limitini istifadə etdiyimi dedilər. Açıq-aşkar fırıldaqçılıqdı.”
Daha bir şikayət Zərdab rayonundandır.
“Dostların məsləhəti ilə bu operatora keçdim. “CavanNar”ı reklamlarda gördüm və qoşuldum. Ayda 9 manata 10 GB internet yaxşıdı deyə düşündüm. Kaş keçməz olaydım. Nə sosial şəbəkələrə normal girmək olmur, nə də youtube da normal bir şeyə baxmaq olmur. Böyük şəhərlərdə “4G” şəbəkəsi tutursa bizdə ya “3G”, ya da “E” yazılır. Zəng edəndə isə eyni cavabları alırıq. Bilmirik dərdimizi kimə deyək.”
Növbəti narazılıq isə daha maraqlıdır.
“Salam, bəlkədə belə şey ancaq bizdə ola bilər. “CavanNar” paketinə qoşulmuşam. 10 azn balansımda pul var idi, 9 azn paketə görə çıxılsa da, internet paketdən istifadə edə bilmirəm. Bununla bağlı müraciət etdikdən sonra problem qısa zamanda həll olundu deyə sevindim. Bir gün sonra yenə problem yaşadım. İndi ümumiyyətlə internet işarəsi yox oldu. Yenidən müraciət etsəm də, heç bir nəticə olmadı.”
Gördüyümüz kimi, “Nar” mobil operatorunun “CavanNar” internet tarifi reklamlarda göstərildiyi kimi o qədər də keyfiyyətli və qənaətli deyil. İstər paytaxt, istərsə də regionlardan bu tipli şikayətlər daxil olmaqdadır. Digər şikayətlər də araşdırılır və ictimailəşdiriləcəkdir.
Məsələ diqqətimizdədir