Keçmişin tarixi izlərini özündə qoruyub saxlayan Bingöl və Tunceli – REPORTAJ – FOTO

image-316067570_653299473168433_1262066481902301091_n-1backend
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin Türkiyəyə səfəri çərçivəsində bu ölkənin tarixi-mədəni və turizm bölgələri ilə tanışlıq istiqamətində səfərlər təşkil edilib.

Bu səfərlərdən biri də Bingöl şəhəri, Üzən Adalar, Tunceli muzeyi və Munzur vadisinə reallaşdırılıb.

Bingöl vilayəti Türkiyənin Şərqi Anadolu Bölgəsində yerləşən bir vilayətdir. Şəhər mərkəzi ilə birlikdə 8 mahal, 5 qəsəbə və 305 kəndi var.

Vilayətin bilinən ən qədim adı Cebel-curdur. Cəbəl dağ, Cur axan deməkdir. Bu sözün zamanla Çabakçur kimi tələffüz edilməsi ehtimalı yüksəkdir. Çabakçur axan təmiz su deməkdir.

Övliya Çələbiyə görə bu adı Makedoniyalı İskəndər qoyub. İddialara görə, Makedoniyalı İskəndər bir çox həkimə müraciət etsə də, bədənindəki dözülməz ağrılara əlac tapa bilməyib. Bunun üzərinə Əb-ul Həyat suyunu (ölməz həyat) axtarmağa başlayır. Uzun axtarışlardan sonra mənbəsi olmasa da, o suyu içməklə dözülməz ağrıdan xilas olur. Faydalı tapdığı bu suyun adını “Makdis dili”ndə cənnət suyu mənasını verən Çabakçur qoyub. Bundan sonra imperator burada özü üçün bir qala tikilməsini, adınının Çabakçur qoyulmasını istəyir. Sonralar müxtəlif mənbələrdə bu ad Mingöl kimi keçir. Mingöl göllər bölgəsi deməkdir. Mingöl sözü min göl mənasını verir, zamanla xalq tərəfindən Bingöl kimi tələffüz edilir.
Sonralar Bingöl Çevlik adlandırılıb. Bu ad bağ bağça mənasını verir. Çevlik adı bu gün də yerli əhali tərəfindən istifadə olunur.
Cümhuriyyət elan edildikdən sonra 1926-cı ildə Elazığa, 1929-cu ildə Muşa bağlanan Bingöl, 1936-cı ildə çıxarılan qanunla vilayət olub.

Üzən Adalar

Solhan rayonunun Hazarşah kəndinin Ağsakal gölü yaxınlığında yerləşən Üzən ada həmin bölgədə yaşayan insanlar tərəfindən aşkar edilib. Bingöl-Solhan yolunun 4,5 kilometrliyindədir. Üzən ada tamamilə təbii formasiyadır. Göl üç tərəfdən dağlar və təpələrlə əhatə olunmuş düz bir ərazidə yerləşən krater gölüdür. Hazırda gölün sahəsi 300 kvadratmetrdən çoxdur. Gölün dərinliyinin 50 metrdən çox olduğu ehtimal edilir. Suyun səviyyəsi yayda və qışda eyni qalır. Su şirin, şəffafdır və tərkibində heç bir mineral duz yoxdur.

image-encz3zyxmaqsmor

 

Gölün ortasında hərəkət edən üç ada var. Adalar gölün daxilində müstəqildir. Onlara minəndə sal kimi hər tərəfə yavaş-yavaş hərəkət edir. Adada 4-5 cırtdan kül ağacı var. Ətrafdakı bitkilər gölün mövcud suyu ilə qidalanır. Bundan əlavə, gölün ortasındakı adanın quruluşu araşdırıldıqda adada çəmənliklər, alaq otları və suda bitən müxtəlif bitkilərin olduğu görülür. Ətrafı palıd və yaşıllıqlarla əhatə olunub.

 

 

Tunceli şəhəri

Türkiyənin Tunceli şəhərinə ekskursiya çərçivəsində, azərbaycanlı jurnalistlər şəhərlə tanış edilib və şəhər barədə jurnalistlərə ümumi məlumatlar verilib.

Şərqi Anadolu Bölgəsinin Yuxarı Fərat hissəsində yerləşən Tunceli vilayəti şimaldan və qərbdən Munzur dağları və Karasu çayı, şərqdən Bingöl dağları və Pəri çayı, cənubdan isə Keban bənd gölü ilə əhatə olunub. Fərqli təbii sərhədlərlə əhatə olunan əyalət torpaqları şərqdə Bingöl və Elazığ, cənubda Elazığ, qərb və şimalda Ərzincan vilayətləri ilə qonşudur. 2000-ci il siyahıyaalınmasının nəticələrinə görə ümumi əhalisi 93548 nəfər olan Tunceli əyaləti Türkiyənin ən az əhalisi olan əyalətidir. Səpələnmiş yaşayış məntəqəsinə malik Tuncelidə əyalət əhalisinin 42%-i kəndlərdə, 58%-i isə il və rayon mərkəzlərində yaşayır.

Tunceli 7774 km² sahə ilə Türkiyə torpaqlarının 1%-ni əhatə edir.

Əyalət əhalisinin 42%-nin kənd yerlərində yaşadığı Tuncelidə əsas iqtisadi fəaliyyət əkinçilik və heyvandarlıqdır. Ənənəvi sənətkarlıq növləri arasında toxuculuq, dulusçuluq və dəriçilik bu gün yox olmaq ərəfəsində olsa da, hələ də tətbiq olunur. Tunceli 1968-ci ildən inkişaf üçün prioritet vilayətlərə daxil edilmişdir. Vilayətdə sənaye müəssisələri, un və un məmulatları, yem və yun iplik istehsalı sahəsində fəaliyyət göstərən sənaye obyektləri mövcuddur.

Tunceli muzeyi

Tunceli muzeyi 1935-1937-ci illər arasında hərbi kazarma kimi tikilib. 1949-cu ilə qədər hərbi kazarma kimi istifadə edilib. Bundan sonra Türkiyə Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Maliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Maliyyə Nazirliyinin tabeliyinə verildikdən sonra əsaslı təmir olunan bina 1949-cu ildən 1990-cı illərə qədər dövlət qulluqçularının yaşayış yeri kimi istifadə olunub. 2015-ci ilin fevral ayına qədər təxminən 65 ailənin yaşadığı yer olub. Erzurum Mədəni və Təbiət İrsini Qoruma Regional Şurası tərəfindən Erkən Cümhuriyyət Dövrü xüsusiyyətinə görə qeydiyyata alınan bina 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrs və Muzeylər Baş Müdirliyinə tabe edilmişdir və vaxtdan muzey kimi fəaliyyət göstərir.

image-thumbs_b2_b80189485ca6e45b0d6bdbb5d00c1ef4

 

Tunceli Muzeyi binası təxminən 5.500 m² sahədə inşa edilmiş 5.800 m² qapalı sahəsi olan kvadrat formalı bir binadır. Alman memarlıq üslubunda tikilmiş binanın 1800 m²-lik həyəti konsertlər, teatrlar, çıxışlar və s. tədbirlərin təşkil olunacağı formatda hazırlanmışdır. Bundan əlavə, həyətdə 20 daş heykəl sərgilənir.

Kvadrat formalı strukturda sərgi salonları, konfrans zalı, kitabxana, iclas zalı və anbarlar var. Sərgi zalları 5 bölmədən ibarətdir. Arxeoloji əsər sərgisində bu bölgədə üzə çıxarılan Paleolit Dövründən Türk-İslam Dövrünə qədər cəmi 340 əsər sərgilənir. Sikkə sərgi salonunda Yunan Dövründən Osmanlı Dövrünə qədər cəmi 158 sikkə nümayiş etdirilir. Sərgi salonunda Cümhuriyyət Dövrünə aid sənədlərdən tutmuş muhtar möhürlərinə qədərki dövrü əks etdirən müxtəlif əsərlər sərgilənir.

 

Munzur Vadisi

Zəngin təbiəti, xüsusən də çay mənbələri və bulaqları, endemik bitki növləri və yerli heyvan növləri, zəngin bitki örtüyü və vəhşi heyvanların varlığı ilə Türkiyənin müstəsna guşələrindən biridir.

image-74801f2e-ec77-4f11-b0bf-feaf8e286d0b

Munzur Suyu və Mərcan çayında geniş yayılmış və sıx olan bölgəyə xas nadir alabalıq növləri, dağ keçisi və ov quşlarından olan ur kəklikləri vəhşi həyatın bölgəyə xas dəyərləri arasındadır.

Milli parkın şimalında, Munzur dağlarında, 3000 metrə yaxınlaşan zirvələrdə krater gölləri, Ovacık rayonu düzənliyindəki kanyonlar, dərə boyu axan şəlalələr parkın təbii dəyərlərini zənginləşdirir. Munzur dağlarının Mercan vadisinə enən yamaclarında yerləşən Kırk Merdiven şəlalələri dar və kiçik vadidə axan bir neçə şəlalədən ibarətdir. Bol su, təbii mühit və landşaft xüsusiyyətləri ilə maraqlı və cəlbedici vizual zənginlik təqdim edən Kırk Merdiven Şəlaləsi Ovacıkın şimalındakı yaylalara gedən marşrutun ilk dayanacaqlarından biridir.

Munzur Vadisi Milli Parkının şimalında, Şahverdi kəndinin şimal-qərbində, 1636 metr yüksəklikdəki Kale Təpə xarabalıqları Mədəniyyət və Turizm Nazirliyi, Ərzurum Mədəni və Təbiət İrsini Qoruma İdarəsi tərəfindən 1-ci Dərəcə Arxeoloji Sit Alanı olaraq qeydə alınıb. Munzur Vadisi Milli Parkının sərhədlərində yerləşən Tülin Təpə, Təpəcik və Pulur kurqanları bölgədə Neolit dövründə məskunlaşıldığını göstərən mühüm tarixi yerlərdir.
Milli Parkda canavar, tülkü, sansar, ayı vaşaq, su samuru, porsuq, dələ, dovşan, çöl donuzu və çöl keçisi yaşayır. Mağaralarda və qaya boşluqlarında yaşayan qonur ayı Munzur canlılar aləminin mühüm iri məməlilərindən biridir.

 

 

Ana Fatma Ziyarətgahı

Tuncelililərin inanc mərkəzlərindən biridir. Ana Fatma hekayəsi peyğəmbərlər dövrünə gedib çıxır. Çünki Fatma Ana Hz. Məhəmmədin qızıdır. Rəvayətə görə, Ana Fatma Cəbrayılla birlikdə cənnətə gedir və cənnətdə yaşıl və qırmızı başlı iki uşağın oynadığını görür. Kim olduqlarını soruşduqda onların doğulacaq uşaqları olduğunu öyrənir.

image-61828dc186b245379c6b83ba

Niyə başqa rəngdə olduğunu soruşduqda, yaşılbaş oğlanın Həsən olduğunu və zəhərlənərək, Qızılbaşın isə, Hüseyn olduğunu və onun Kərbəlada şəhid olub öldürüləcəyini öyrənir.

O, cənnətdən gedəndən sonra oğullarının ölümünə ağlayır. Qonaqlar Fatma anaya yas tutur, şam yandırır, dua oxuyurlar.

Ümumiyyətlə, Tuncelidə hər kilometrdə bir müqəddəs yerlərə rast gəlmək mümkündür. Ana Fatma o yerlərdən biridir. Munzur Vadisi Milli Parkına və Tunceli mərkəzinə maşınla on dəqiqəlik məsafədə yerləşir. Tuncelililərin inanc mərkəzlərinin başlanğıc nöqtələrindən biri sayılır.

Busaat.az/Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki