“Lavrovun Laçın yoluyla bağlı dediklərinin ictimai müzakirəyə çıxarılmasının mənası yoxdur” – Zaxarova

image-zaxarovabackend

Tərəflərlə müvafiq təmaslar Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığının iştirakı və Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində aparılır.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında bildirib.

“Laçın yolu ətrafında və ümumilikdə Qarabağda vəziyyətin nizamlanması yollarının axtarışı davam edir”, – o bildirib.

“Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərinə əlavə ediləcək heç nə yoxdur. Hesab edirəm ki, bu məsələnin həssaslığına görə təfərrüatlara varmaq, açıq şəkildə müzakirə etmək mənasızdır”, – Zaxarova əlavə edib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90