Litva Minsk tərəfindən sərhəd infrastrukturuna ziyan vurduğuna görə Belarusa etiraz notası təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Litva Belarus Respublikasına dövlət sərhədinin pozulması və infrastruktura ziyan dəyməsi ilə bağlı kəskin etirazını bildirib”, – məlumatda deyilir.
Xarici İşlər Nazirliyi Belarusdan insidentlə bağlı tez bir zamanda izahat verməsini və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsini ciddi şəkildə tələb edib.
Bundan əvvəl iki nəfər Belarusdan Litvaya qanunsuz keçərək iki müşahidə kamerasının sütununu söküblər.