“Makron ilk görüşdə də vardı, indi də olmalıdır”- Ermənistan XİN

image-defaultbackend

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağı barədə bəyanatına cavab verib.

Busaat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan Armenpress-in suallarını cavablandırıb.

Jurnalistin, “Azərbaycan prezidenti İlham Əliyev dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün formatla bağlı Ermənistan tərəfinin mövqeyinə görə görüşün baş tutmayacağını bildirib. Bunu necə şərh edərdiniz?” sualına Hunanyan belə cavab verib: “Xatırlatmaq istərdik ki, görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğu əvvəlki Praqa görüşü dördtərəfli formatda baş tutub və görüşün formatı və iştirakçıların tərkibinin eyni olması məntiqlidir. Azərbaycan tərəfinin Ermənistan tərəfini görüşü və sülh prosesini pozmağa çalışmaqda ittiham edən bütün bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan Respublikası Praqada əldə olunmuş razılığa və formata uyğun olaraq dekabrın 7-də keçiriləcək görüşə hazırdır”.

“Noyabrın 7-də Vaşinqtonda keçirilən görüşdə Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini çatdırıb. Bununla bağlı hər hansı irəliləyiş varmı?” sualına Ermənistan XİN rəsmisi cavabında qeyd edib: “Hələlik Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflərimizə cavab verməyib”.

Bundan əvvəl, Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Baş nazirinin Brüsseldəki görüşdə Fransa prezidenti Emmanuel Makronun da iştirakını tələb etməsi səbəbilə görüşün bu şərtlərdə reallaşmasını mümkünsüz adlandırıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90