Makron  Tsipindən nə istəyib? – “Putinə təzyiq edin”

image-makrov-tsipinbackend

Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Tsipindən Rusiya prezidenti Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar masası arxasına oturması üçün təzyiq göstərməsini tələb edib.

Busaat.az xəbər verir ki, bu barədə Fransa mətbuatını Yelisey Sarayına əsaslanan xəbər yayıb.

Xəbərə görə, Makron İndoneziyanın Bali adasında keçirilən G20 Zirvə toplantısında Çin lideri Si Tsipin ilə görüşüb.

Makron Tsipindən Putinin gərginliyin qarşısını almaq və danışıqlar masasına oturmaq səylərinə töhfə verməsini istəyib.

Çin liderini Fransa və Çin qüvvələrini Ukraynadakı müharibəyə qarşı birləşdirməyə çağıran Makron, dünyada sabitliyin yaradılmasının Pekinin marağında olduğunu bildirib.

Çin və Fransa arasında xüsusilə qlobal istiləşmə ilə bağlı əməkdaşlığın canlandırılmasını arzuladığını ifadə edən Makron, G20-də, xüsusilə də orta sinfin iqtisadi rifahı, karbon emissiyalarının azaldılması və iqlim müxtəlifliyi ilə mübarizə mövzusunda mühüm addımların atılmasının vacibliyini qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90