Məmmədyarov Nakamuraya məğlub oldu

image-146045backend

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirilib.

Busaat.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. O, ilk oyun günündə 1:3 hesabı ilə uduzub.

Yarımfinal digər görüşündə Maqnus Karlsen Levan Aronyanla (Ermənistan) heç-heçə edib – 2:2.

Qeyd edək ki, yarımfinalın ikinci oyun günündə Şəhriyar Nakamura ilə daha 4 oyun keçirəcək.

Yarımfinalın ilk günündə qeydə alınan nəticələr

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Hikaru Nakamura (ABŞ) – 1:3 (0:1; 1:0; 0:1; 0:1)

Maqnus Karlsen (Norveç) – Levon Aronyan (Ermənistan) – 2:2 (0,5:0,5; 0,5:0,5; 1:0; 0:1)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki