“Mənim adımdan cavan qızlarla tanış olurlar” – Çingiz Abdullayev

“Mənim adımdan cavan qızlarla tanış olurlar” – Çingiz Abdullayevbackend

Xalq yazıçısı Çingiz Abdullayev başına gələn maraqlı əhvalatdan söz açıb

O, dünən 60 illik yubileyi ilə bağlı təşkil olunan “Mavi Mələklər” adlı görüşdən sonra qonaqlarla səmimi ünsiyyət qurub.

Busaat.az xəbər verir ki, Ç. Abdullayev sosial şəbəkələrdə onun adından istifadə edərək gənc qızlarla tanış olanlardan zarafatla bəhs edib: “İnstaqram, tvitterdə yoxam. Orada mənim adımdan cavan qızlarla tanış olurlar. Qızlar da daha sonra Azərbaycan Yazıçılar Birliyinə (AYB) gəlirlər. Deyirlər ki, getmişdim görüşə, yerinizə cavan oğlan gəlib, düşündüm ki, köməkçinizi göndərmisiz.

Mən ölmüşəm ki, köməkçimi göndərim? Yalandır. Mən bircə feysbukda varam. Amma mənim adımdan tanış olurlar”.

Həmin görüntüləri tədbirdə iştirak edən bloqqer Günel Bəkirova instaqram səhifəsində paylaşıb.

 





Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki