Məşhur basketbolçunun ölümündə erməni izi

image-e9074df9161302924268727458910656653backend

Məşhur basketbolçu Kobi Brayantın ölümündə erməni mənşəli pilot təqsirkar hesab edilib

Nəqliyyatda Təhlükəsizlik üzrə ABŞ Milli Şurası bu qənaətə gəlib ki, 2020-ci ildə Amerika basketbolunun ulduzu Kobi Brayantın və daha səkkiz nəfərin ölümü ilə nəticələnmiş helikopter qəzasının ehtimal edilən səbəbi erməni mənşəli pilot Ara Zobayanın düzgün qərar qəbul etməməsi olub.

Şuranın qənaətinə görə, Zobayan vizual uçuş qaydaları üzrə uçurdu. Bu o deməkdir ki, pilot helikopterin haraya istiqamətləndiyini görməli idi. Lakin pilot sıx buludlu istiqamətdə uçmağı qərara alıb, nəticədə oriyentasiyanı itirib. Zobayan yalnız cihazlar panelinin köməyi ilə uçmalı idi, lakin həmin gün bu şəraitdə uçmağa icazə almamışdı.

Müstəntiqlər uçuşların təhlükəsizliyinin idarə edilməsi prosesinə müvafiq təhlil və nəzarət olmamasına istinad edərək reysi yerinə yetirən “Island Express Helicopters” şirkətini də təqsirkar hesab ediblər. Bununla belə, onlar qeyd ediblər ki, şirkətin təhlükəsizlik protokollarında müəyyən səhvlər olsa da, bu sənədlər Federal Mülki Aviasiya İdarəsinin qüvvədə olan qaydalarına uyğun olub.

Hadisə 2020-ci il yanvarın 26-də baş verib. Həmin gün “Sikorsky S-76B” helikopteri Kaliforniya ştatındakı Kalabasas yaxınlığında qəzaya uğrayıb. Yol-nəqliyyat hadisələrinin təhqiqatı ilə məşğul olan Şuranın apardığı araşdırmanın nəticələri bir ildən çox müddət keçəndən sonra alınıb.

Qəza nəticəsində helikopterdəki 9 nəfərin hamısı, o cümlədən Kobi Brayant və onun 13 yaşlı qızı Canna; Con və Kerri Altobelli cütlüyü və onların qızı Alissa; Sara Çester və onun qızı Peyton; məşqçinin köməkçisi Kristina Mauzer və pilot Zobayan özü həlak olub. Onlar Tauzend-Ouksda gənclər arasında keçirilən basketbol matçına gedirdilər.”İki sahil”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90