Metro 8 ay sonra fəaliyyətə başladı – İlk FOTOlar

image-metrodan_fotolarrr-1backend

Bakı metropoliteni təxminən 8 aydan sonra qapılarını sərnişinlərin üzünə açıb.

Busaat.az  xəbər verir ki, bu gündən etibarən Bakı metrosu fəaliyyətini bərpa edib.

Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıqdır. Lakin həftə sonları – 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Aylar sonra yenidən sərnişinlərin istifadəsinə verilən metrodan fotoları təqdim edirik:

image-952466_01 image-952466_10 image-952466_009 image-metrodan_fotolarrr

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90