Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.14 $▼1.40%
  • WTI neft101.46 $▼1.75%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.988 $▼2.03%
  • Qızıl4 000 $▼0.20%
  • Gümüş53.88 $▼0.13%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda624.00 ¢▼0.16%
  • Bitcoin79 564 $▼0.73%
  • Ethereum2 307 $▼0.97%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Siyasət

MN-dən SƏRT AÇIQLAMA: Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini məhv etmək potensialına malikdir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.

“Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir”, – deyə məlumatda qeyd olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=15496