MOK-da kütləvi qanvermə aksiyası təşkil olunacaq

image-img_6062backend

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq.

Bu barədə Busaat.az-a MOK-un mətbuat xidmətindən məlumat verilib.

Qanvermə aksiyası iyunun 12-də saat 10:00-dan, 16:00-dək qurumun inzibati binasında keçiriləcək

“Həmrəy olaq, qanımızla yaşadaq” adlı aksiya “14 İyun – Beynəlxalq Qan Donorluğu Günü”nə həsr olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki