Myanmada etiraz aksiyalarında ölənlərin sayı 510-a çatıb

image-myanma-birma-1backend

Myanmada təhlükəsizlik qüvvələri ilə kütləvi etirazçılar arasında fevral ayında başlayan qarşıdurmalarda ölənlərin sayı 510-a çatıb.

Busaat.az  xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Dərnəyinin (APPZ) feysbuk səhifəsində məlumat verilib.

Bildirilir ki, hərbi səlahiyyətlilərə qarşı kütləvi etirazların başladığı 5 fevraldan 29 mart tarixinə qədər Myanmada nümayişçilərlə polis və hərbçilər arasında baş verən qarşıdurmalarda 510 nəfər həlak olub. Ötən gün ərzində isə 37 nəfərin iğtişaşlarda həlak olduğu qeyd olunub. Rəqəmlərin artacağı istisna edilmir.

Saxlanılanların ümumi sayının 2574 nəfər olduğu bildirilib. APPZ qeyd edir ki, bu rəqəm etirazlar zamanı tutulanların sayını deyil, yalnız rəsmi olaraq saxlanılan şəxslərin sayını əks etdirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90