Naxçıvan Azərbaycanın qədim diyarıdır

image-naxcivan2backend

“Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə ŞərurNaxçıvanCulfaOrdubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), ŞərurŞahbuzCulfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2004-cü ildə Şərur rayonunun 10 kəndi hesabına Kəngərli rayonu yaradılmışdır. 1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, HoradizŞahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur. 1 yanvar 2014-cü ilə olan rəsmi məlumatlara əsasən Muxtar Respublikası inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir; Muxtar Respublikada 6-sı şəhər (NaxçıvanOrdubadCulfaŞərurŞahbuz və Babək), 7-si şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir. 2020-ci ildə imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatı ilə Ermənistan Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməyi boynuna götürdü. Razılaşmaya görə nəqliyyat əlaqələrinə nəzarəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir.[83][84][85] 2022-ci ildə Azərbaycanla İran arasında “İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Azərbaycan tərəfi bu layihəyə quru və dəmir yolları, həmçinin elektrik xətlərinin daxil olduğunu bildirdi. Bundan başqa Türkiyənin Qars-Iğdır-Naxçıvan istiqamətində dəmiryolu çəkməsi planlaşdırılır. Qeyd edək ki,1972-ci ildə təşkil olunmuş Naxçıvan Elm Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır. Burada muxtar respublikanın təbii sərvətlərinin, tarix və mədəniyyət abidələrinin tədqiqi və öyrənilməsi sahəsində çoxlu işlər görülür. Bundan başqa 1999-cu ildə yaradılmış Naxçıvan Elm və Texnika Mərkəzində muxtar respublikada yayılmış dərman bitkilərinin toplanması, öyrənilməsi, onlardan dərman preparatlarının hazırlanması işləri aparılmaqdadır”.

Mirişova Xanımnaz, Faiz qızı, Bakı Qızlar Universiteti.                            

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki