Norveç Milli Kəşfiyyat Xidməti və Norveç Polisinin Təhlükəsizlik Xidməti (PST) hesab edir ki, Rusiyadan Norveçə qarşı təhlükə onlar üçün ən böyük təhlükələrdən biridir.
Busaat.az NRK-ə istinadən xəbər verir ki, PST rəhbəri Beate Qanqas bu fikirdədir.
O qeyd edib ki, yaxında Rusiyanın Ukraynaya qarşı işğal müharibəsi aparmasından bir il keçəcək və Qərblə diplomatik və iqtisadi əlaqələr kəsilsə də, ruslardan gələn kəşfiyyat təhlükəsi hələ də mövcuddur.
Qanqas bildirib ki, Rusiyanın informasiya əldə etmək üçün istifadə edə biləcəyi başqa yollara baxmaq indi vacib olacaq.
Onun sözlərinə görə, Rusiya informasiya, ekspertiza, məxfi məlumat və ölkəsinin kritik infrastrukturu haqqında məlumatlarla yaxından maraqlanır.
PST rəhbəri qeyd edib ki, bu, onların Norveçə hücum etmək üçün zamanla istifadə edə biləcəkləri məlumatlardır.
O, həmçinin vurğulayıb ki, Rusiya kəşfiyyatı üçün uyğun hədəflər təhsil müəssisələri, informasiya şirkətləri və siyasi xadimlər ola bilər.