Novosibirskdə polis azərbaycanlını başından güllələdi – ANBAAN VİDEO

image-novobirskbackend

Novosibirsk yaxınlığında yol polisi azərbaycanlını başından güllələyib.

Busaat.az teleqram kanallarına istinadən xəbər verir ki, polis təqib etdiyi şəxslərdən birinə ehtiyatsızlıqdan atəş açıb. Hadisənin mayın 28-də Sibir yolunda baş verdiyi bildirilir. Məlumatda o da qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman məhbusun 19 yaşlı bir tanışı ona müdaxilə etməyə başlayıb.

Bu zaman polis müqaviməti aşaraq, səlahiyyətlərindən kənara çıxıb, 19 yaşlı kişiyə qarşı şiddət tətbiq edib. Nəticədə gənc başında ağır güllə yarası alıb. Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi ) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Yeniyetmənin hələ sağ olduğu deyilsə də, xəstəxanada ağır vəziyyətdədir. Məlumat dəqiqləşdirilir.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90