“O, öz fikirlərini yox, Rusiya siyasi elitasının fikirlərini səsləndirib”-ŞƏRH

image-medvedevbackend

“Bilmək lazımdır ki, Rusiya heç bir halda Ukraynada qalib ola bilməyəcək. Uduzmasa belə qalib də olmayacaq”.

Bunu Rusiyanın parçalanma təhülkəsi ilə bağlı səsləndirilən fikirlərə münasibətini bildirən politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Medvedevin daim Avropaya yönəlik təhdidləri demək olar ki, alışqanlığa çevrilib:

image-vuqar-qedirov

“Medvedevin çıxışlarında daim hədə tonu və onun arxasında olan qorxular sezilib. Doğrudan da Medvedev düzgün qeyd edib. Rusiya Ukraynada məğlub olarsa, parçalanmaq riski var. Bilmək lazımdır ki, Rusiya heç bir halda Ukraynada qalib ola bilməyəcək. Uduzmasa belə qalib də olmayacaq. Müharibənin taleyini Rusiyanın həll etmək iqtidarında olmadığını artıq dünya bilir. Başda ABŞ olmaqla Qərb beyin mərkəzləri Rusiya-Ukrayna müharibəsinin taleyini təyin edir”.

“ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri və keçirdiyi görüşlər, Zelenski ilə apardığı danışıq və bəyanatlar müharibənin Rusiyanın iradəsi daxilində olmadığını deməyə əsas verir. Rusiyanın gələcəyi ilə bağlı təhlükəni bütün Rusiya siyasi elitası dərk edir. Müasir dövrdə Rusiyanın apardığı müharibə heç bir normal düşüncəyə sahib olan dövlətlər tərəfindən qəbul edilə bilməz. Medvedev öz fikrini yox, Rusiya hakimiyyətinin və siyasi elitasının fikirlərini səsləndirib”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki