Orban Kiyevə səfərə hazırlaşır

image-hungary-politics-governmentbackend

Macarıstan baş nazir Viktor Orbanın Kiyevə səfərinə hazırlaşır və Ukrayna ilə dialoqa ümid edir.

Busaat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib.

“Bütün ilkin şəraitin yaradıldığını görəndə səfər baş tutacaq. Amma indi biz texniki hazırlıq mərhələsindəyik”, – o, deyib.

O xatırladıb ki, Macarıstanın baş naziri Ukrayna prezidenti Volodimir Zelenski fevralın 9-da Avropa İttifaqının sammitində iştirak edərkən onunla danışıb: “Biz Ukrayna ilə dialoqa həmişə hazırıq. Ümid edirik ki, dialoq mənalı olacaq”.

Macarıstanın “Nepszava” qəzeti daha əvvəl yazıb ki, AB sammiti çərçivəsində Zelenski ilə qısa görüşü zamanı Orban Kiyevə səfərə dəvət alıb. Digər Aİ liderlərindən fərqli olaraq, Macarıstanın baş naziri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Ukrayna paytaxtına səfər etməyib. Macarıstan prezidenti Katalin Novak 2022-ci ilin noyabrında Kiyevə səfər edib.

Bu arada Orbanın ofisinin rəhbəri Qergeli Qulyas bildirib ki, baş nazirin Kiyevə səfəri Ukraynanın Zakarpatya bölgəsində etnik macarların hüquqlarının bərpası prosesindəki irəliləyişdən asılı olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90