“Parlamentdən özünün şəxsi kariyerası üçün istifadə edənlər az deyil” – Siyavuş Novruzov

image-novruzbackend

Bütün bölgülər deputatların arzularına uyğun şəkildə həyata keçirilib. 

Busaat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, deputatların toxunduğu bütün sosial və iqtisadi məsələlərlə bağlı büdcədə məsələlərin qeyd edilməsi onu göstərir ki, hökumətlə parlament arasında əlaqə var.

“Ancaq əfsuslar olsun ki, parlamentdən özünün şəxsi kariyerası üçün istifadə edənlər də az deyil. Demokratiklik ondan ibarətdir ki, layihələr səsə qoyulur və qəbul edilir. Biz görmüşük ki, bu halda azlıq çoxluğa tabe olur. Ancaq burada bizimlə illərdir bir yerdə əyləşənlər iclasdan sonra geniş formatlı açıqlamalar verirlər”.

S.Novruzov bildirib ki, bəziləri Qarabağın bərpası üçün sahibkarlardan qanunsuz pul yığıldığını deyirlər:

“Burada vergilər nazirliyindən nümayəndələr əyləşib. Onlar cavab versin görək kimlərdən yığılır bu vəsait? Deyirlər, sosial təminatdan kəsilib Qarabağa vəsait ayrılır. Musa müəllim bu haqda reallıqlardan danışdı. Belə etməyin, Qarabağa çəkilən əziyyətləri heç etməyə çalışmayın, bu torpaqların işinə haram qatmağa çşalışmayın”.

Deputat gələcək seçkilərə hazırlanmaq arzusunda olanların yolunu Qarabağ üzərindən salmasını qınayıb: “Qarabağ üzərində yetəri qədər oyunlar oynanıbzamanında amma artıq bu oyunlara son nöqtə qoyulub”, o əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki