Paşinyan Bakıya gələcək?

image-344backend

Məlum olduğu kimi, bu ilin noyabr ayında ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Bu tədbir zamanı ölkəmizə 70-80 min xarici qonağın gələcəyi ehtimal edilir. Gələnlər arasında xarici dövlətlərin rəhbərləri, hökumət nümayəndələri və digər rəsmi şəxslərin olacaq.

Busaat.az xəbər verir ki. bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə açıqlamasında COP29-un prezidenti Muxtar Babayevin Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərdiyini bildirib.

Bəs Ermənistan tərəfi bu tədbirdə iştirakı qəbul edəcəkmi? Paşinyan Bakıya gələcək?

Qeyd edək ki, erməni mətbuatı Nikol Paşinyanın məzuniyyətdən sonra, avqustda mətbuat konfransı keçirəcəyini yazıb. Məlumata görə, Baş nazir Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı Azərbaycanın dəvətinə cavabını açıqlayacaq.

Müşviq Məmmədli: “Bu addım dünyaya nümunədir”

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Müşfiq Məmmədli bildirib ki, bu addım Azərbaycanın sülh meyllərinin sübutudur:

“Bu dəvət Azərbaycanın tutduğu mövqeni ifadə edir. Göndərilən təklif ölkəmizin siyasi nüfuzunu sübut edir. Bu, onu göstərir ki, Azərbaycan, həqiqətən də, sülhün yanındadır, sabitlik tərəfindədir. Bizə qarşı məkrli niyyət sərgiləyən, aqressor olan dövlətin rəhbər heyətini ölkəmizə dəvət etmək bizim böyüklüyümüzün, nəcibliyimizin bariz nümunəsidir”.

Müsahibimiz bu addımın dünya dövlətlərinə nümunə olduğunu qeyd edib:

“Dünya Azərbaycandan örnək götürməlidir. Bizə qarşı edilənlərə, bütün çirkinliklərə rəğmən Azərbaycan tərəfi bu addımı atmaqla digər dövlətlərin bu tip məsələlərdə göstərəcəkləri yanaşmasına yön verəcək”.

Onun sözlərinə görə, Paşinyanın Azərbaycana gəlib-gəlməyəcəyi isə sual altındadır:

“Azərbaycan öz təklifini göndərməklə missiyasını tamamlayıb.Növbə onlardadır, qarşı tərəf təklifə veriləcək cavabı düşünməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki