“Paşinyan Zəngəzuru Azərbaycana verəcək” – Erməni siyasətçilərbackend
Ermənistan Respublikaçı Partiyasının sözçüsü Eduard Şarmazanov qatıldığı televiziya proqramında Ermənistanın Dağlıq Qarabağda törətdiyi dağıntı səbəbi ilə Azərbaycana təxmini 50 milyard dollarlıq təzminat ödəmə ehtimalının olduğunu bildirib.
Şarmazanov Ermənistanın Baş Naziri Paşinyanın müharibənin başından bəri erməni xalqına yalan dediyini, raketi olmayan hərbi təyyarələr, atəş etməyən silah aldığını açıqlayıb.
O, Dağlıq Qarabağda yaratdıqları dağıntı səbəbi ilə təxmini 50 milyard dollarlıq zərər meydana gəldiyini vurğulayıb. Şarmazanovun fikrincə Ermənistanın 50 milyardı olmadığını üçün Paşinyan Zəngəzuru bu məbləğ əvəzində Azərbaycana verəcək.
Busaat.az xəbər verir  ki, Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan da oxşar fikirlər səsləndirib.
Ohannisyan qeyd edib ki, Zod mədəninin istismarından dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısı qanunsuz gəlirdən əldə edilən vergi hesab edilə bilər.
“Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin.
Nəzərinizə çatdırım ki, bu vergilər maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib”, – deyə Ohannisyan əlavə edib.
Keçmiş nazir sonda deyib ki, Paşinyan Azərbaycana qaytarılacaq pulları əhalidən yığacaq:
“Düşünməyin ki, “xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Əliyevə verəcək”.