Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Cənubi Qafqaz üçün atəşkəs razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Busaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hər iki tərəf Rusiya sülhməramlı kontingentinin köməyi ilə Qarabağda tam atəşkəs haqqında əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib”, – deyə məlumatda bildirilir.
Kremlin mətbuat xidmətinin məlumatına görə, bu baxımdan Bakı və Xankəndi nümayəndələri arasında sülhməramlıların vasitəçiliyi ilə aparılan danışıqlara böyük əhəmiyyət verilib.