“Qalatasaray”a keçdi – Xanımı təhdid edildi

image-49backend
“Fənərbaxça”dan “Qalatasaray”a keçən belçikalı hücumçu Mişi Batşuayinin xanımı Ameli Maria sosial şəbəkə hesabında təhdidlər aldığına dair paylaşım edib.

Busaat.az xəbər verir ki, o, “sarı lacivərtli” tərəfdarların forvardın əzəli rəqiblə müqavilə imzalamasına görə ailəsini və uşaqlarını təhdid etdiyini bildirib:

“Mənə lazımsız şeylər anlatmaq üçün bir çox mesaj göndərməyin. Batşuayi hara getsə, onunla qürur duyacam. Paylaşdığım fotoları silməyəcəm. “Fənərbaxça” tərəfdarlarına sevgiləri və anlayışları üçün təşəkkür edirəm. Məni, ailəmi, uşaqlarımı təhdid edənləri isə əsla…Amma bildiyiniz kimi, hər şeyin bir sonu var.  Mən çox sevdiyim bu ölkədə – Türkiyədə yeni macəranın parçası olacağım üçün sevinirəm”.

Qeyd edək ki, ötən mövsümü “Fənərbaxça”da keçirən Mişi Batşuayi “Qalatasaray”la 3 illik müqavilə imzalayıb.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki