“Qorxulusu odur ki, mən anamla belə vidalaşa bilməyəcəm” – Bednyakov

image-859d6172-a728-4945-8b8a-8605d44ff48abackend

“Qartal və Reşka” verilişinin məşhur aparıcısı Andrey Bednyakovun  anası dünyasını dəyişib.

Busaat.az UNİAN-a istinadən xəbər verir ki, aparıcı bu barədə öz İnstaqram səhifəsində yazıb. Teleaparıcının anası xəstə olub və ömrünün son günlərini komada keçirib. Lakin Bednyakov bu barədə onun ölümündən sonra xəbər tutub.

“Anam rəhmətə getdi… Yazmaq çətindir, amma bacaracağam.Müharibə zamanı bacımla iki dəfə danışdım.Bir dəqiqəlik.Nəhayət, yola düşəndə qohumlar mənə zəng etdilər.Mən sevindim. Amma sonra bacım zəng edib dedi ki, ana komadadır… “Uzun müddətdir ki, komadadır. Səni incitməmək üçün demədim. “- deyə Bednyakov yazıb.

“Qorxulusu odur ki, mən anamla belə vidalaşa bilməyəcəm. Amma əminəm ki, gec-tez anamla vidalaşmağa gələcəm. Ukrayna bayrağı yenidən həmin ərazidə asılanda. Putin məndən ən əzizimi aldı”- deyə aparıcı əlavə edib.

Sərvinaz Hacalıyeva

Busaat.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki