Rekordu ilə tarixə düşdü – Video

image-mycollages_-_2021-12-24t094153-214backend

Britaniyalı müğənni Ed Şiranın “Shape of You” mahnısı tarixdə ilk dəfə “Spotify”da 3 milyard dəfə dinlənilib.

Busaat.az xəbər verir ki, bu barədə ifaçının özü instaqram hesabında məlumat verib.

Rekord dekabrın 22-də qeydə alınıb. Şiran bu nəticəni “tamamilə ağlasığmaz” adlandırıb.

Qeyd edək ki, “Shape of You” Şiranın 2017-ci ildə işıq üzü görmüş “÷” (Divide) adlı üçüncü studiya albomuna daxildir.

Müğənninin rəsmi yutub kanalında mahnının klipi 5,5 milyarddan çox izlənilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki