Rizvan Nəbiyev: “Avropa Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmağa çalışsa da, bacarmır”

image-kvjpicfkgbedkuhxpjcisbkzfpizdf7osb3bhscg_1200backend

“Azərbaycan-Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır”.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, 353 milyon əhali, 1.8 trilyon dollar ümumdaxili məhsul (ÜDM), 1.7 milyon kvadrat kilometr ərazisi olan üç qardaş dövlət yeni dünya düzəninin formalaşması ərəfəsində siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqe formalaşdırırlar:

“Azərbaycan Prezidentinin sözləri ilə desək, “Üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. Digər regional hadisələrlə müqayisə Azərbaycan Prezidentinin hərbi və diplomatik strategiyasının nə qədər uğurlu olmasını bir daha təsdiqləyir. Bütün Avropa xüsusi intensivliklə uzun müddətdir ki, Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmağa çalışsa da, nail ola bilmir. Amma Azərbaycan 30 illik işğala öz resursları ilə son qoydu, şəhidlər verərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki