Rusiya ordusuna 117 mindən çox əsgər cəlb edildi

image-dmitry-medvedev-2016backend

İlin əvvəlindən Rusiya ordusuna 117 mindən çox müqaviləli və könüllü əsgər cəlb olunub.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev paytaxt Moskvada hakimiyyət orqanları ilə görüş zamanı bəyan edib ki, müvafiq orqanlar Rusiya ordusu üçün müqaviləli kadrların cəlb edilməsi ilə bağlı işləri davam etdirirlər.

Müqaviləli əsgərlərin işə qəbulunun davamlı olaraq davam etdiyini bildirən Medvedev deyib: “Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, görülən tədbirlər sayəsində yanvarın 1-dən bu yana 117 mindən çox müqaviləli və könüllü əsgər qəbul edilib”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin avqustunda imzaladığı fərmanla Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 1 milyon 150 min 628-i hərbçi olmaqla 2 milyon 39 min 758 nəfər təşkil edilməsinə göstəriş verib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90