“Sobsan” boya fabrikində dəhşətli yanğın: 25 tonluq çənlər partladı – ANBAAN VİDEO

“Sobsan” boya fabrikində dəhşətli yanğın: 25 tonluq çənlər partladı – ANBAAN VİDEObackend

21:35

Bakının Binqədi rayonunda dəhşətli yanğın baş verib.

Busaat.az xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

***

Yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.

Report hadisə zamanı 4 nəfərin tüstüdən zəhərləndiyini yazıb.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90