ABŞ-lı milyarder Elon Mask Çin avtomobil istehsalçısının Tesla-nın ən yaxın rəqibi ola biləcəyini deyib və şirkətin hazırda Çin bazarında qalib gəldiyini vurğulayıb.
Busaat.az xəbər verir ki, bu barədə CNBC nəşri yazıb.
Tesla-nın Çində Nio, Xpeng və Li Auto kimi bir çox startap da daxil olmaqla bir sıra elektrik avtomobili rəqibləri var.
Hal-hazırda Teslanın Çindəki ən böyük rəqibi “Warren Buffett” tərəfindən dəstəklənən avtomobil istehsalçısı BYD-dir. Ötən il BYD dünya üzrə 911 140 akkumulyatorlu elektrik avtomobili və plug-in hibridləri də daxil olmaqla cəmi 1,8 milyon avtomobil satıb. Tesla 2022-ci ildə 1,31 milyon avtomobil tədarük edib.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, Tesla Model 3 2022-ci ildə Çində ən çox satılan beşinci avtomobil olub. BYD və SAIC-GM-Wuling tərəfindən istehsal olunan avtomobillər 2022-ci ildə Tesla Model 3-dən daha çox satılıb.
Tesla keçən il Çində bir sıra problemlərlə üzləşib. Ölkənin sərt pandemiya siyasəti və komponent çatışmazlığı səbəbindən Şanxay zavodunda istehsalda fasilələr olub. Çətin makroiqtisadi vəziyyət və istehlakçı tələbatının azalması fonunda Tesla 2022-ci ildə Çində də avtomobillərinin qiymətlərini endirib.
Tesla ilə rəqabət aparan təkcə Çinli avtomobil istehsalçıları deyil. ABŞ və Avropadakı ənənəvi avtomobil nəhəngləri də elektrikli avtomobil bazarında önəmli yer almaq istəyirlər.
Alman avtomobil istehsalçısı Volkswagen-in keçmiş baş direktoru Herbert Diess CNBC-yə bildirib ki, onun şirkəti Teslanı keçərək 2025-ci ilə qədər dünyanın ən böyük elektrik avtomobil satıcısı ola bilər.