Təyyarədə dava etdilər – ömürlük uçuş qadağası verildi

image-teyyaredavabackend

Böyük Britaniyanın “Jet2” aviaşirkəti təyyarədə dava edən iki sərnişini ömürlük uçuşlardan məhrum edib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərindən Böyük Britaniyanın Mançester şəhərinə həyata keçirilən reys zamanı baş verib.

Belə ki, sərnişinlər arasında yaranan mübahisə daha sonradan davaya çevrilib. Təyyarə hadisə səbəbindən Belçikanın paytaxtı Brüsseldə məcburi eniş edib və polis həmin şəxsləri saxlayıb. Bunun ardınca, uçuş Mançesterə problemsiz icra edilib.

Şirkət sərnişinlərin bu cür davranışının qəbuledilməz olduğunu bildirib. Aviaşirkət həmçinin marşrutun dəyişdirilməsi ilə bağlı yaranan xərcləri də həmin sərnişinlərdən tələb edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki