“TikTok”da ən çox qazananların adları açıqlandı

“TikTok”da ən çox qazananların adları açıqlandıbackend

Amerikanın “Forbes” jurnalı “TikTok”un köməyi ilə daha çox qazanan istifadəçilərin siyahısını təqdim edib.

Busaat.az “Report”a istinadla xəbər verir ki, siyahıda birinci yeri ABŞ-ın Luiziana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub. O, 12 ay ərzində “TikTok”un köməyi ilə təxminən 5 milyon ABŞ dolları qazanıb. Edison Rey İsterlinqin 54 milyon çox abunəçisi var.

Qeyd edilir ki, o “American Eagle” geyim istehsalçısı və “Spotify” internet-xidməti ilə geyiminin “TikTok”un sayəsində razılaşmalar imzalayıb.

Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Los-Ancelesdən (Kaliforniya ştatı) Çarli və Diksi D Amelio bacıları tutub. Birinci qız 4 milyon ABŞ dolları, ikinci isə 2,9 milyon ABŞ dolları qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90