Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı, birinci Qarabağ müharibəsinin iştirakçısı Manvel Qriqoryan ölüb.
Busaat.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Qeyd edək ki, Manvel Qriqoryan Ermənistan parlamentinin keçmiş üzvü olub. 2018-ci ilin iyun ayında ona qarşı cinayət işi başladılıb.
O, qanunsuz silah-sursat saxlama, 100 milyon dram (200 min dollardan çox) dəyərində əmlakı mənimsəmək, vergidən yayınma və dövlət əmlakını (1 milyard dramdan çox) mənimsəməkdə ittiham olunaraq həbs olunmuşdu.
2020-ci ilin yanvarına qədər həbsdə olan Qriqoryan səhhətində yaranan problemlərə görə azadlığa buraxılmışdı.
Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Füzulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Füzuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.