Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşüb.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
“Səfirimiz Birol Akgün ADA Universitetinin rektoru Hafiz Paşayevi ziyarət edib. Görüş zamanı ölkələrimiz arasında akademik əməkdaşlıq imkanları müzakirə olunub”, – paylaşımda vurğulanıb.