Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 187 nəfər ölüb.
Busaat.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O bildirib ki, son 24 saatda 187 518 nəfər koronavirus testindən keçib, 6511 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 381 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstələr ötən günlə müqayisədə 104 nəfər artaraq 5811 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 520 167 nəfər COVID-19-a yoluxub, onlardan 14 316 nəfəri ölüb