“ABŞ Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməsinə qarşıdır”.
Busaat.az xəbər verir ki, ABŞ-ın müdafiə nazirinin köməkçisi Dana Stroul belə açıqlama verib. O bildirib ki, məsələ ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparılsa da, Ankaranı fikrindən daşındırmaq mümkün olmayıb. Amerikalı nümayəndənin iddiasına görə, Suriyanın şimalında mümkün hərbi əməliyyat SDG qüvvələrinin bölgəyə yönəlməsinə səbəb olacaq və nəticədə İŞİD digər bölgələrdəki boşluqdan istifadə edərək hücuma keçəcək.
“Türkiyənin Suriyanın şimalında hər hansı hərbi əməliyyat təşkil etməsinə sərt şəkildə qarşı çıxırıq və Türkiyəyə etirazımızı açıq şəkildə bildirdik” – Stroul deyib.