İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub.
Busaat.az xəbər verir ki, cinayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini – həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb.
Polis əməkdaşları o anda silah tətbiq etməyib ki, günahsız insanlar, uşaqlar qurban olmasın. Özlərini fəda ediblər.
Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.Oxu.az